1 aprel 2015 - 04:53
Lozan müzakirələri 8-ci günə daxil oldu

İran və Altılıq qrupuna üzv ölkələrin xarici işlər nazirləri çərşənbə səhərə qədər dayandırıldı və Lozanda məsləhətləşmələr 8-ci günə daxil olub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Lozan müzakirələri 8-ci günə daxil oldu

İran və Altılıq qrupuna üzv ölkələrin xarici işlər nazirləri çərşənbə səhərə qədər dayandırıldı və Lozanda məsləhətləşmələr 8-ci günə daxil olub.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, İran və 5+1 Qrupuna üzv ölkələrin xarici işlər nazirlərinin iclası çərşənbə axşamı gecə dayandırılıb və nüvə məsləhətləşmələri Lozanda yerli vaxtla saat 06:00-dan yenidən başlamalıdır.

Nazirlərin iclası isə yerli vaxtla saat 08:30-da başlayacaq.

İran və 5+1 Qrupuna üzv ölkələrin (Çin xarici işlər naziri olmadan) xarici işlər nazirlərinin son tur müzakirələri təxminən 3 saat yarım davam edib.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə verdiyi müsahibədə bildirib: Çərşənbə axşamı günü səhərdən bütün heyətlər müzakirə apardılar və bütün fürsətdən istifadə etdik.

Danışıqlarda çox yaxşı irəliləyişin olduğunu bildirən Zərif ümidvarlıq edib ki, yekun anlaşma mətninin yazılması prosesinə başlanacaq.

Müzakirələrdə olmayan nazirlər Çin və Fransa xarici işlər nazirləridir.

Bəzi mənbələrin bildirdiyinə görə, Çin xarici işlər nazirinin müavini Çin Xalq Respublikası tərəfindən ehtimal olunan anlaşmanı imzalayacaqdır.

Fabius da bildirib ki, lazım olduğu halda müzakirələrə qatılacaq.

Qərb rəsmiləri ötən gecəki müzakirələr barədə açıqlama verməyiblər.

Lakin Fransa İnformasiya Agentliyi bir Amerika rəsmisinə istinadla bildirib ki, ixtilaflar hələ qalıb.

Sionist Haarets qəzetinin müxbiri ABŞ dövlət katibi Con Kerri ilə Obama arasında danışıqlar prosesində video-konfransla əlaqə yaradıldığını bildirib. Kerri müzakirələrin son prosesi barədə Obamanı məlumatlandırıb. Bildirilib ki, əlaqə üçün təhlükəsizlik xəttindən istifadə olunub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər