Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İngiltərənin Qloster şəhərində İŞİD silahlılarının “başkəsmə” fotolarından ibarət ekspozisiya açılıb
keçmiş Litltledan həbsxnasının binasında yerləşən “Bütün Zamanların Cinayətləri” muzeyində (Crime Through Time Museum) nümayiş etdirilən ekspozisiya ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Lakin sərginin təşkilatçıları bildiriblər ki, onlar yalnız internetdə olan materiallardan istifadə ediblər.
Muzeyin sahibi Andy Jones həmçinin deyib ki, muzey çox qadağanlı və çox ağrılı materialı nümayiş etdirməklə başqa heç bir turist şirkətinin etməyəcəyi işi görür. O etiraf edib kİ, bu, çox ziddiyyətli bir sərgidir və uşaqların bura gətirilməsi tövsiyə edilmir.
Muzey sahibinin sözlərinə görə, ictimaiyyət əksinə, öz qəzəbini belə fotoların internetdə olmasına yol verən hökumətlərə yönəltməlidir.
Qlosterşir əyalətinin polis idarəsi sərgi ilə bağlı heç bir yazılı şikayət almadığını bildirib.
Xəbər verilir ki, bu muzeydə həmçinin nasistlərə və Ku Klux Klana aid əşyalar da nümayiş etdirilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır