Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İsveçrədə nüvə müzakirələri davam edir
İran xarici işlər naziri və ABŞ dövlət katibi İsveçrənin Lozan şəhərində nüvə danışıqlarını izləyirlər.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, cümə günü günortadan sonra müzakirələrdə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və ABŞ dövlət katibi Con Kerri İsveçrənin Lozan şəhərində ixtilaflı məsələlərin həll yolunun tapılması üçün nüvə danışqlarının 4-cü turunu izləyiblər.
Zərif-Kerri müzakirələrində İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi, İran prezidentinin xüsusi köməkçisi Hüseyn Firudin, ABŞ dövlət katibinin müavini Vendi Şerman və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavini Helqa Şmidt iştirak ediblər.
İran xarici işlər naziri bu tur danışıqlardan sonra bildirib ki, onlar təzyiq və siyasi iradə arasından birini seçməlidirlər.
İran xarici işlər naziri bildirib: Müzakirələr davam edir, biz işləməkdəyik və iş çox çətindir.
Zərif müzakirələr kənarında atmosferin yaradılmasını qarşı tərəfin həmişəki proqramlarından biri adlandırıb və deyib: Heç vaxt bu sözlərə diqqət yetirmirik.
İran xarici işlər naziri müzakirələrdə nikbinliyin ifadə olunması ilə əlaqədar xəbər mənbələrinin proqnozları və İranı isə ehtiyatlanması ilə əlaqədar suala cavabda deyib: Biz heç vaxt yaxın mənbələrə istinadla irəli sürülən sözlərə diqqət yetirmirik.
Zərif və Kerrinin müzakirələrinin 3-cü turunun sona çatması ilə İran və Çin xarici işlər nazirləri də müzakirə və məsləhətləşmələr aparıblar.
Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi Yanq İ ilə məsləhətləşmədə ixtilaflı hallar və təklif olunan həll yollarını araşdırıblar.
İranın nüvə müzakirə heyətinin baş üzvü Seyid Abbas İraqçı bu müzakirələrdən sonra deyib: Bu heyət hal-hazırda müzakirələrin çərşənbə axşamı gününə qədər müddətinin uzadılmasını düşünmür.
İranlı müzakirəçi Altılıq qrupuna üzv digər ölkələrin xarici işlər nazirlərinin iştirakı barədə sualı cavablandıraraq deyib: Bəzi nazirlər sabah şənbə, digərləri isə bazar günü gələcəklər.
İranın nüvə müzakirə heyətinin baş üzvü vurğulayıb: Lazım olduğu zamana qədər burada qalacağıq və məsələləri irəlilətməyə çalışırıq.
İranla Altılar arasında nüvə müzakirələrinin yeni turu ötən çərşənbə günündən İran xarici işlər naziri, ABŞ dövlət katibi və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavinlərinin iştirakı ilə Lozan şəhərində başlandı.
İran və Altılıq Qrupunun anlaşmanı əldə etmək üçün 2015-ci il 31 marta qədər vaxtları vardır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır