27 mart 2015 - 11:36
Rusiyadan 1 milyardlıq müqavilə

Rusiya hökuməti rus-qırğız inkişaf fondunun yaradılması üçün 1 milyard dollar pul ayırıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiya hökuməti rus-qırğız inkişaf fondunun yaradılması üçün 1 milyard dollar pul ayırıb.

Fondun Qırğızıstan və Rusiya arasında iqtisadi əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyi və qırğız iqtisadiyyatının modernləşdirilməsinə yardım edəcəyi bildirilir.

Razılaşmaya əsasən Rusiya Qırğızıstana 500 milyon dollar verəcək. Birgə layihələr qırğız iqtisadiyyatının Gömrük İttifaqına tez bir zamanda adaptasiya olunmasına yönəldilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər