24 mart 2015 - 05:41
Həzrət Fatimənin (s.ə) şəhadətinin ildönümü ilə bağlı başsağlığı veririk

Bu gün 3 cəmadiüssani 1436-cı hicri qəməri ili, İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) əziz qızı və dünya şiələrinin 1-ci imamı Həzrət Əli İbn Əbitalibin (ə) həyat yoldaşı Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinin ildönümü günüdür.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Bu gün 3 cəmadiüssani 1436-cı hicri qəməri ili, İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) əziz qızı və dünya şiələrinin 1-ci imamı Həzrət Əli İbn Əbitalibin (ə) həyat yoldaşı Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinin ildönümü günüdür.

İslam xalqı fəzilət, ismət və iffət örnəyi olan Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinin ildönümündə matəmə qərq olub.

Pak Əhli-Beyt (ə) vurğunları məscidlər, hüseyniyyələr, dini məkanlar, eləcə də Müqəddəs Məşhəd şəhərində dünya şiələrinin 8-ci imamı Həzrət İmam Rzanın (ə) pak ziyarətgahı, Qum şəhərində Həzrət Məsumənin (s.ə) ziyarətgahında Peyğəmbərin əziz qızı Həzrət Fatiməyə (s.ə) göz yaşı axıdırlar.

Həzrət Fatimə Zəhra (s.ə) besətin 5-ci ili cəmadiüssani ayının 20-də Məkkə şəhərində dünyaya göz açmışdır. Həzrət Fatimə (s.ə) uşaqlıqldan atası İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) bələdçilikləri əsasında ilahi maariflə tanış olmuşdur.

Həzrət Fatimə Zəhra (s.ə) 18 il yaşadıqdan sonra o dövrün hakimlərinn çoxlu zülmləri və atasının vəfatının qəm-kədəri nəticəsində hicri qəmərinin 11-ci ilində - bir rəvayətə görə 13 cəmadiüləvvəl, digər bir rəvayətə əsasən 3 cəmadüssanidə şəhid edildi.

Biz ABNA- Xəbər Agentliyi kallektivi Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinin ildönümü gününün gəlib çatması ilə bağlı bütün müsəlmanlar və dünyanın azadlıqsevərlərinə başsağlığı

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər