23 mart 2015 - 08:23
 İraqın müdafiə naziri: Tikrit bizim əlimizdədir

İraqın müdafiə naziri deyib ki, Tikrit hazırda iraqlı qüvvələr üçün əlçatılasıdır və minimum xərclə onu azad etməyə çalışırıq.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İraqın müdafiə naziri deyib ki, Tikrit hazırda iraqlı qüvvələr üçün əlçatılasıdır və minimum xərclə onu azad etməyə çalışırıq

Əlaləm telekanalının məlumatına görə, iraqlı qüvvələr Əl-Anbar vilayətinin mərkəzi olan Əl-Rəmadi şəhərinin qərbindəki Əl-Səcariyyə məntəqəsini İŞİD qruplaşmasından geri alıb və yolları açmağa və bu yollarda mövcud olan bombaları zərərsizləşdirməyə müvəffəq ola biliblər.

Bu məlumata görə, Əl-Səcariyyə məntəqəsi bu quplaşma üzvlərinin yerləşdikləri bir məkan idi və hazırda müştərək iraqlı qüvvələrin ixtiyarındadır. Bu qruplaşmanın onlarla üzvü həmin əməliyyatda öldürülüb. İŞİD üzvləri yaşayış binalarında bir neçə Quranda bomba yerləşdiribmişlər ki, mütəxəssislər tərəfindən zərərsizləşdirilibdir. Digər tərəfdən, İraqın təhlükəsizlik qüvvələrinin yeni hərbi sursatları Tikritin ətrafına daxil olub və iraqlı rəsmilərdən birinin dediyinə görə, bu ölkə qüvvələri həmin sursatlardan istifadə edərək, İŞİD-in mühasirəsini daralda biləcəklər ki, şəhər mərkəzinə hücuma şərait yaransın.

Başqa bir tərəfdən, İraqın daxili işlər naziri Məhəmməd Əlğəban deyib ki, təhlükəsizlik qüvvələri mülkilərin Tikritdən çıxmalarına imkan yaratmaqdadırlar. İraqın müdafiə naziri Xalid Əlbəidi də Əlaləm müxbirinə deyib ki, Tikrit tamamilə mühasirədədir. Tikrit hazırda bizim üçün əlçatılasıdır və biz istədiyimiz vaxt Tikritə girə bilərik, amma bu addım mümkün olan minimum xəsarətlə atılsın.

İŞİD terror qruplaşması İraqın şimalında yerləşən Neynəva vilayətinin qərbindəki Səncar məntəqəsində peşmərgə qüvvələrinə hücum ediblər. Peşmərgə qüvvələri ilə əlaqədar mənbələr deyirlər ki, bu məntəqədə döyüşlər ikiqat uzanıb və İŞİD üzvlərindən səkkiz nəfər öldürülüb.

Neynəva çölündə yerləşən Bəişiqə məntəqəsində İŞİD-çilərin yerləşdikləri məkana qarşı hava hücumlarında 26 İŞİD-çi öldürülüb. İŞİD də Tələfərdə döyüşdən çəkinmək ittihamı üzvlərindən 13-nü edam edib.

Əlaləm müxbiri əlavə edib: Səlahəddin vilayətində yerləşən Spayger bazasındakı qırğınla bağlı kütləvi məzarlığın aşkarlanmasından sonra İraq dövləti cinayət əlamətlərinin məhv olmasının qarşısının alınması məqsədilə bu qəbirlərin mühafizəsi və onda tədbirsiz qazıntılardan çəkinilməsini istəyib.

Xalq qüvvələrinin başçıları deyirlər ki, Tikritdə və onun ətrafında İŞİD-ə və BƏƏS partiyası üzvlərinə aid onlarla kütləvi qəbir aşkarlanıb. İŞİD və BƏƏS partiyası üzvləri Spayger bazasında İraqın Hava Qüvvələrinin onlarla tələbəsini edam ediblər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər