23 mart 2015 - 07:02
İraqçı: Yekun anlaşma hər iki tərəf üçün sınaq predmetini özündə əks etdirməlidir

İran xarici işlər nazirinin müavini və nüvə müzakirə heyətinin üzvü Seyid Abbas İraqçı deyib: Yekun anlaşma hər iki tərəf üçün sınaq predmetini özündə əks etdirməlidir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İran xarici işlər nazirinin müavini və nüvə müzakirə heyətinin üzvü Seyid Abbas İraqçı deyib: Yekun anlaşma hər iki tərəf üçün sınaq predmetini özündə əks etdirməlidir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın hərəkətlərinin sınaqdan keçirilməsi və əlavə nəzarətləri qəbul etməsinə dair ABŞ prezidentinin son açıqlamasına reaksiya verən Seyid Abbas İraqçı bildirib: Əgər anlaşma əldə olunarsa, hər iki tərəf üçün hərəkətlərin sınağı və isbatını özündə ehtiva etməlidir.

"Problemlər, suallar və yalançı nigaranlıqları nəzərə alaraq, biz İranın nüvə proqramı barədə əlavə etimadın yaradılması üzrə hazırlığımızı elan etdik, qarşılığında isə nüvə proqramına zəmanətin verilməsi və sanksiyaların ləğvini tələb edirik" -deyə İraqçı əlavə edib.

İraqçı söyləyib: İstənilən anlaşma münasib və müvazinətli olmalıdır və geri qayıtmağın qəbul edilməsi hər iki tərəf üçündür. Biz həmişə bu müzakirələrdə prinsipə riayət etmişik.

Barak Obamanın "İran hələ də müzakirələrdə lazımi imtiyazı verməmişdir" sözlərinə reaksiya verən İraqçının sözlərinə görə, müzakirələrdə imtiyaz verməyi qərara almamışıq, xüsusilə də bizim tərəfimizdə. Biz etimada əsaslanan atmosferi yaratmağa çalışırıq. Müzakirələrdə məqsəd, zənginləşdirilmənin və İranın nüvə proqramının tanınması və sanksiyaların ləğv edilməsidir.

İraqçı əlavə edib: Hazırda həssas şəraitdəyik. Lazımi anlaşmaya çatmaq üçün zəruri məsələ qarşı tərəfin koordinasiyasıdır. Təəssüflər olsun ki, son müzakirələrdə bu koordinasiya yox idi. Əgər koordinasiya və iradə olarsa, anlaşmaya çatmaq mümkündür.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər