21 mart 2015 - 14:11

Yəməndə Əlqaidə-nin tabeliyində olan terrorçu Ənsarulşəriə qrupu bu ölkənin cənubunda yerləşən Ləhc vilayətinin mərkəzi- Əlhutə şəhərində Yəmən ordusunun 29 yaşlı əsgərini edam edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yəməndə Əlqaidə-nin tabeliyində olan terrorçu Ənsarulşəriə qrupu bu ölkənin cənubunda yerləşən Ləhc vilayətinin mərkəzi- Əlhutə şəhərində Yəmən ordusunun 29 yaşlı əsgərini edam edib.

Səhər kanalının Əlməyadin-ə istinadlı məlumatına görə, Yəməndə bir təhlükəsizlik mənbəyi bildirib ki, yaraqlı şəxslər bu şəhərdəki dövlət binalarına hücum edərək, əsgərləri girov götürüb və onları bu şəhər küçələrində vəhşicəsinə edam ediblər. Belə bir halda, dünən Yəmən Ənsarullah hərəkatının tabeliyində olan təhlükəsizlik komitəsi bu ölkənin paytaxtı Sənada baş vermiş terror partlayışlarında 137-dən çox namazqılanın şəhid olması və daha 345 nəfərin yaralanmasından xəbər verib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər