13 mart 2015 - 10:56
Ayətullah Seyid Əhməd Xatəmi: Amerika etimad ediləsi deyil

Tehranın cümə namazı xətibi Aemrika və müttəfiqlərinin heç vaxt etimad ediləsi olmadıqlarını və bunun dəfələrlə sübuta yetirildiyini bildirib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Tehranın cümə namazı xətibi Aemrika və müttəfiqlərinin heç vaxt etimad ediləsi olmadıqlarını və bunun dəfələrlə sübuta yetirildiyini bildirib

Tehranın cümə namazı xətibi Ayətullah Seyid Əhməd Xatəmi gələn həftə bazar günü başlayacaq nüvə müzakirələri barədə deyib: Müzakirələrin bu turuna qədər qəti şəkildə İran xalqı həqiqi qalibdir. Belə ki, Amerikanın əhdə sadiq qalmayan və hiyləgər simasını dünyaya göstərə bildi.

İranla müzakirə aparan tərəflərin hiyləgərliyinə dair İslam İnqilabının Böyük Rəhbərinin, Xöbrəqan Məclisi üzvləri ilə görüşdəki bəyanatını xatırladan Ayətullah Xatəmi əlavə edib: Onlar müzakirələr sona çatdığı halda da, müxtəlif bəhanələrlə İslam İnqilabı ilə müxalifət edəcəklər. Çünki, İslam Respublikasının quruluşunun əsası ilə problemləri vardır.

Tehranın cümə namazı xətibi bildirib: Hiyləgərlik Amerika rəsmilərinin vücudunda gizlənmişdir və İran xalqı Amerika və müttəfiqlərinin sülhsevər və etimad ediləsi olmadıqlarını sübut etdi.

Tehranın cümə namazı xətibinin sözlərinə görə, İranın 5+1 Qrupu ilə müzakirələri İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin Amerikanın heç vaxt etimad ediləsi olmamasına dair sözlərini bir daha sübut etmiş oldu.

Tehranın cümə namazının xətibi Ayətullah Seyid Əhməd Xatəmi həmçinin, İraq ordusunun Səlahəddin vilayətində İŞİD terror qruplaşması ilə mübarizədəki son qələbələrinə toxunaraq ümidvarlıq edib ki, İraq ordusu və xalq qüvvələrinin qələbələri İŞİD-in tam məhvinə qədər davam edəcək.

İranın bütün dünya ölkələri o cümlədən İraqın ərazi bütövlüyünü rəsmən tanıdığını vurğulayan Tehranın cümə namazı xətibi əlavə edib: İslami İran terrorçu qruplaşmalarla mübarizədə İraq dövləti və xalqı ilə birlikdə olmuş və olacaqdır və bu ölkənin qüvvələrinə məsləhət yardımı edir.

"İslami İran terrorçularla mübarizə istiqamətində zalım dövlətlərin İraqa zərrə qədər kömək etmədikləri zaman hərbi məsləhət və digər sahələrdə meydana daxil oldu və İraqa kömək etdi" -deyə Ayətullah Əhməd Xatəmi bildirib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər