Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyada İsrail ordusunun zabiti terrorçularla birlikdə öldürüldü
Suriyanın Quneytra bölgəsində işğalçı İsrail ordusunun zabiti öldürülüb Suriyanın Quneytra bölgəsində Suriya ordusunun hava qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində işğalçı İsrail ordusunun zabiti öldürülüb.
"Azad Suriya Ordusu" adlı qruplaşmaya qarşı əməliyyat Fetyan adlı ərazidə həyata keçirilib. "ASO"nun "Birinci ordu"nun əməliyyat mərkəzinə hava zərbələri nəticəsində "ASO"nun terrorçuları ilə birlikdə işğalçı İsrail ordusunun Coni adlı zabiti də ölüb. Livan mediasının iddiasına görə, Suriya ordusuna qarşı döyüşlərdə bu sionist zabitlə birlikdə bir İordaniyalı zabiti də olub, lakin onun ölüb-ölməməsi haqda məlumat yoxdur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır