11 mart 2015 - 20:34
Libiyalılar yaşadıqları şəhəri tərk etdilər – Foto

Ben Cavad şəhərinin məsul şəxslərindən biri olan Fazil Muhəmməd məhz koalisiya qüvvələrinin şəhəri və yaşayış mərkəzlərini ağır bombaran etdikdən sonra sakinlərin məcburi köç etdiklərini vurğulayaraq bildirib: “Qəzzafi tərəfdarları ilə, müxalifət qüvvələri arasında gedən döyüşlərdə hər iki tərəfin atdıqları raket və bombaları günahsız vətəndaşların üzərinə yağır. Durumun belə davam etməsi bir faciədir...”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, paytaxt Trablos olmaqla yanaşı ölkənin əksər bölgələrinə nəzarət edən Libiya Milli Birliyinə tabe olan Fəcr Silahlı Qüvvələri ilə müxalifət qüvvələr arasında Trablosun 700 km məsafə aralığında yerləşən Ben Cəvad və Sədra şəhərlərində gedən qızğın döyüşlərdə sakinlər Ben Cavad şəhərini tərk etmək zorunda qalıblar.

Ben Cavad şəhərinin məsul şəxslərindən biri olan Fazil Muhəmməd məhz koalisiya qüvvələrinin şəhəri və yaşayış mərkəzlərini ağır bombaran etdikdən sonra sakinlərin məcburi köç etdiklərini vurğulayaraq bildirib: “Qəzzafi tərəfdarları ilə, müxalifət qüvvələri arasında gedən döyüşlərdə hər iki tərəfin atdıqları raket və bombaları günahsız vətəndaşların üzərinə yağır. Durumun belə davam etməsi bir faciədir...”

Fazil Muhəmməd daha sonra İŞİD terror qruplaşmasının Libiyada təbliğ edilməsi və aktivləşməsindən xəbər verərək bildirib: “Bütün bu təbliğatlar Qərb və NATO quru qüvvələrinin Libiyaya soxulması üçün bir zəminə yaradır. Əgər Milli Koalisiya ilə sülh müqaviləsi bağlanarsa bu təbliğatlara heç bir ehtiyac yoxdur.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər