Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nigeriyada kamikadze qızın törətdiyi partlayış nəticəsində ölənlərin sayı 34-də çatıb
Nigeriyanın şimal-şərqində yerləşən Mayduquri şəhərində törədilmiş partlayış nəticəsində ölənlərin sayı 34-ə çatıb.
Şəhərdəki bazarların birinin qarşısında baş vermiş partlayış kamikadze qız tərəfindən törədilib. Partlayış nəticəsində yaralananların dəqiq sayı barədə məlumat yoxdur.
Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Partlayışın “Boko Haram” terror qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır