9 mart 2015 - 02:34
İranın raketləri ABŞ-a da çata bilər - Netanyahu

İsrailin baş naziri Binyamin Netanyahu İranın nüvə proqramının durumundan narahatdır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İsrailin baş naziri Binyamin Netanyahu İranın nüvə proqramının durumundan narahatdır.

"Mən totalitar ölkələrdə inspeksiyaların etibarlılığına inanmıram. Bu, KXDR-də də işləmədi, İranda da işləmir. Onlar müfəttişləri aldadıblar", - baş nazir televiziya müsahibəsində deyib.
Netanyahu hesab edir ki, danışıqlara baxmayaraq, İan qitələrlərarası ballistik raketlərin hazırlanmasını davam etdirir. Onun sözlərinə görə, bu raketlər dünyanın hər yerinə, o cümlədən, ABŞ-a çata bilər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər