Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,
"İran xalqı heç vaxt elmi inkişaf yolundan əl çəkməyəcək və öz elmi inkişaf yolunu davam etdirəcək. Bu sözləri İran İslam Respublikası prezidenti Həsən Ruhani deyib.
Qum əhalisi qarşısında çıxış edən cənab Həsən Ruhani İranın 5+1 qrupu ilə nüvə müzakirələrinə toxunaraq bildirib: Müzakirələrin sonu və anlaşmanın əldə olunması İran əleyhinə bütün qeyri-qanuni sankiyaların ləğv edilməsini özündə ehtiva etməlidir. Sanksiyanın insan haqlarına qarşı olduğunu qeyd edən prezident Ruhani əlavə edib: İran xalqı müzakirələrdə nə zor tətbiqini, nə də sanksiyaların davam etdirilməsini qəbul edir. İran prezidentinin sözlərinə görə, xarici siyasətdə, xüsusilə də qonşularla münasibətlərdə önəmli addımlar atılmışdır və İran əleyhinə sanksiyalar barədə müvəqqəti Cenevrə anlaşması da bu uğurlardan biridir. İran İslam Respublikası prezidenti Həsən Ruhani və Nazirlər Kabinetinin bir qrup üzvü bu gün Qum vilayətində əhali, böyük təqlid mərcələri ilə görüş, bəzi abadlıq layihələri ilə tanışlıq və Vilayət İdarə Şurasının iclasında iştirak etmək məqsədilə bu vilayətə daxil olublar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır