22 fevral 2015 - 03:06
Prezident ölkəni tərk etdi

Şiələrin qiyamından sonra istefa verməyə məcbur olan Yəmənin sabiq prezidenti Əbd Rabbo Mənsur Hadi ölkədən getmək üçün imkan əldə edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Şiələrin qiyamından sonra istefa verməyə məcbur olan Yəmənin sabiq prezidenti Əbd Rabbo Mənsur Hadi ölkədən getmək üçün imkan əldə edib.

Xuti adlı şiə tayfasından olan qiyamçılar ABŞ, BMT, Rusiya və yerli partiyaların təzyiqi ilə keçmiş prezidentin ölkədən çıxmasına razılıq veriblər. Onun hazırda ölkənin cənubunda olduğu və oradan müalicə üçün xaricə gedəcəyi bildirilir.

Qeyd edək ki, Yəmənin prezidenti və ölkə hökumətinin üzvləri yanvarın sonlarında şiə qiyamçılarının əvvəlcə paytaxt Səna şəhərini, daha sonra isə prezident sarayını ələ keçirməsindən sonra vəzifələrini tərk etmək qərarına gəlmişdilər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər