Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yəmənli qruplar arasında ölkədəki böhranı həll etmək məqsədilə aparılan müzakirələr dünən də davam edib.
Yəmənli siyasi qruplar bu gün BMT-nin Yəmən Xüsusi Nümayəndəsi Camal Bin Ömərin başçılığı altında böhrana həll yolu tapmaq məqsədilə Sənada görüşüblər.
Danışıqlara nəzarət edən Camal Bin Ömər Yəməndəki bəzi qrupları şantaj etmək və bir-birini qaralamaqla günahlandırır.
Digər tərəfdən Yəmən Ənsarullah Hərəkatı Rusiyadan "Su" döyüş təyyarələri təhvil aldığını təkzib edib
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır