16 fevral 2015 - 02:50
İran Islam Respublikasindan ABŞ-la gizli məktublaşma barədə açıqlama

İranın Ali dini liderinin Obamaya gizli məktub yazmasının yalan olduğu bildirilib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran ABŞ mətbuatında Obama-, İranın Ali dini lideri Seyid Əli Xamneyi arasında gizli məktublaşma barədə yer alan xəbəri təkzib edib.

İranın Ali dini liderinin Obamaya gizli məktub yazmasının yalan olduğu bildirilib.

Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Afham iddiaları təkzib edərək bunun sıradan bir mətbuat oyunu olduğunu qeyd edib.

Xatırladaq ki, İranın Ali dini lideri Seyid Əli Xamneyi və Obama arasında nüvə proqramı və İŞİD-lə bağlı gizli məktublaşma aparıldığı barədə xəbər yayılmışdı.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər