Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Tehranın bu həftəki cümə namazının xətibi İslam İnqilabının qələbəsinin ildönümü günündə İran xalqının milyonluq iştirakını izzətin nümayiş etdirilməsi və zilləti qəbul etməməyin ən önəmli mesajı adlandırıb.
Tehranın bu həftəki cümə namazının xətibi Ayətullah Seyid Əhməd Xatəmi İran xalqının İslam İnqilabının qələbəsinin 36-cı ildönümü yürüşündəki möhtəşəm iştirakını alqışlayaraq deyib: Vəfadarlıq, yorulmazlıq və vəhdət bu milyonluq iştirakın müraciətləridir.
"Müqavimət və İslamla yenidən beyət xalqın İslam İnqilabının qələbəsinin ildönümü yürüşündəki qəhrəmancasına iştirakının əsas səbəblərindəndir" deyən Tehranın cümə namazının xətibinin sözlərinə görə, İslam İnqilabının qələbəsinin ildönümü günü yürüşündə atılan hər bir addım saleh əməldir və böyük savabı və əcri vardır.
Dünya inqilablarının zaman keçdikcə sönükdüyünü, lakin İslam İnqilabının qələbə yürüşünün bu məsələnin tam əksini göstərdiyini və xalqın iştirakının hər il daha da artdığını bəyan edən Ayətullah Xatəmi əlavə edib: İslam Respublikasının dahi banisi İmam Xomeyninin (rə) Vilayət Fəqih Doktrinasına əsasən İslam İnqilabının amalları əsla zəifləməmiş, üstəlik zamanın keçməsi ilə onun əhəmiyyəti daha da artmış və dünyanın digər yerlərində öz tərəfdarlarını artırmışdır.
Ayətullah Xatəmi İranın nüvə müzakirələri barəsində də deyib ki, 5+1 Qrupu, xüsusilə də Amerika aldatmaq ardınca idilər və İslam İnqilabının Böyük Rəhbəri düşmənlərin planlarını alt-üst edərək buyurdular: Əgər anlaşma olarsa, bir mərhələdə və onun müddəaları aydın və dəyişilməz olmalıdır.
Tehranın cümə namazının xətibi İranın nüvə müzakirələrində əlibağlı iştirak etməsinə dair Amerka rəsmilərinin açıqlamalarına toxunaraq vurğulayıb: İran xalqı tədbir və düşüncə ilə öz proqramlarını izlyir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır