3 fevral 2015 - 03:14
183 nəfərə edam qərarı

Onlar "Kirdasə qırğını"nı törətməkdə günahkar sayılıblar.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Misirdə mövcud siyasi rejimin əleyhdarı olaraq tanınnan 183 nəfərə qarşı edam qərarı çıxarılıb.

Onlar "Kirdasə qırğını"nı törətməkdə günahkar sayılıblar.

Məhkəmə qaynaqlarından alınan informasiyda bildirilir ki, qərar Giza Cəza Məhkəməsi tərəfindən qəbul edilib.

Xatırladaq ki, Misirdə 14 avqust 2013-cü il tarıxində Gizadakı Kirdasə polis mərkəzinə təşkil edilən hücumda 16 polis məmuru həlak olmuşdu.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər