Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, son günlər İraq Silahlı Qüvvələri və xalq kütləsindən ibarət Könüllü Dəstələrin köməkliyi ilə, Səlahud Din, Diyalə, Kərkük, Mosul və s. əyalətlərdə ABŞ, Qərb, qanunsuz israil rejimi,Türkiyə, Ərəbistan, Qətər və s. ölkələrin dəstəki ilə xarici ölkələrdən gətizdirilərək Müsəlmanları faciəvi sürətlərdə qətlə yetirən sələfi azğınlarına sarsıtıcı zərbələr endirərək bir çoxunu darmadağın etməkdə davam edir.
Suriyanın Eynul Ərəb (Kubani) və İraqın Səncar məntəqəsində məğlubiyyətlərlə üzləşən adnormal vəhhabi terrorçuları İraq azərbaycanlılarının kompakt yaşadıqları Kərkuk əyalətini işğal etməyə səy göstəriblər, lakin iki gün öncə sələfi yaraqlılarının Kərkük şəhərinin 12 km-nə üç cəhətdən genişmiqyaslı hücuma başlaması İraq Silahlı Qüvvələri ilə Pişmərgə Könüllü Dəstələrinin müdafiəsi ilə, üzləşib. Qarşıdurmalarda sələfi vəhşiləri ağır itkilər verməyə məcbur qalaraq geri, arxaya qaçıblar.
Belə ki, İraq Silahlı Qüvvələrinin ardıcıl sarsıdıcı zərbələri nəticəsində düşmən qüvvələri arasında ruh düşkünliyi yaranıb. Bu ruh düşkünliyini aradan aparmaq məqsədi ilə, vəhhabilər əsirlərə qarşı növbəti vəhşiliklər edərir. Belə ki, sələfi yaraqlıları iki Müsəlman hərbiçini Şəhid ediblər.
Cahil sələfi azğınları Pişmərgə Könüllü Dəstənin iki Müsəlman zabit və əskərini “mürtəd”(!) adlandıraraq, onların başlarını Diyalə əyalətində kəsiblər.
Qeyd edək ki, İslam qayda-qanunlarına əsasən İslam Peyğəmbəri Müsəlmanlara qarşı müharibəni haram etmiş və Müsəlmanı kafir, mürtəd və s. kimi qeyri təkAllahçı ünvanlarla səsləyəni qeyri Müsəlman adlandırmışdır.
Həmçinin İslam Peyğəmbərinin (Allahın daimi salam və rəhməti ona və pak ailəsinə nazil olsun) sünnəsinə görə, müharibədə ələ keçirilən əsir hətta Əhli Kitab deyil müşrik olsa belə, ona qarşı hər hansı bir nalayiq hərəkətləri haram və bidət sayılır.











Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır