Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Tehranda "Cihad davam edir" konfransında maraqlı açıqlamalar verilib
Tehranda təşkil olunan "Cihad davam edir" konfransında danışan İran İnqilab Keşikçiləri Korpusunun komandiri general Məhəmməd Əli Cəfəri "Hizbullah"ın sionist İsrailə hücumunu, əli qanlı rejimin hücumuna verilən ən sadə cavab olaraq qiymətləndirib.
General Cəfəri sionistlərin bu sadə cavabdan lazım olan dərsi çıxarmalarına və bir daha müqavimətə hücum etmək kimi bir səhv etməyəcəklərinə ümid etdiklərini bildirib.
Sionistlərin müqavimətdən qorxduğunu və bu səbəbdən "Hizbullah" komandirlərini izlədiklərini qeyd edən general Cəfəri, bundan sonra təşkil olunacaq hücumların cavabsız qalmayacağını söyləyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır