27 yanvar 2015 - 19:31
İŞİD Liviyada oteli qana boyadı

Hücum zamanı 5 turist və 3 təhlükəsizlik işçisi həyatını itirib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Liviyanın paytaxtı Trablusda xarici turistlərin qaldığı otelə hücum olub

Hücum zamanı 5 turist və 3 təhlükəsizlik işçisi həyatını itirib.

Məlumata görə, silahlılar otelin qarşısında içində partlayıcı maddə olan avtomobili patladıqdan sonra otelə hücum edib. Otelin 3 təhlükəsizlik işçisini öldürən silahlılar 12 nəfəri girov götürüb. Otelin təhlükəsizlik gücləri tərəfindən atəşə tutulduqdan sonra silahlılardan biri otelin 24-cü mərtəbəsində qalxaraq özünü partladıb.

Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb. İŞİD-ə yaxın bir internet saytında yerləşdirilən videoda hücumu təşkilatdan olan bir kamikadzenin təşkil etdiyi bildirilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər