27 yanvar 2015 - 03:05
Qahirədə baş verən toqquşmalarda 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb

Misirin paytaxtı Qahirənin Matariya məhəlləsində polislə “Müsəlman qardaşlar” hərəkatının tərəfdarları arasında toqquşmalar olub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Qahirədə baş verən toqquşmalarda 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb
 Misirin paytaxtı Qahirənin Matariya məhəlləsində polislə “Müsəlman qardaşlar” hərəkatının tərəfdarları arasında toqquşmalar olub.
Ölkə ərazisində fəaliyyəti qadağan edilən hərəkatın üzvləri təhlükəsizlik qüvvələrinə qarşı odlu silahdan atəş açıblar və “Molotov kokteyllər”i atıblar.
Təsdiq olunmamış məlumatlara görə, iğtişaşlar zamanı 2 nəfər ölüb, 8 nəfər yaralanıb. Qeyd edək ki, Qahirədə 2011-ci il “25 yanvar inqilabı”nın 4-cü ildönümü ilə bağlı kütləvi etiraz aksiyaları ötən bazar günündən bəri davam edir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər