25 yanvar 2015 - 02:48
Hindistanda ABŞ prezidentinin müqəvvası yandırılıb

"Report" xəbər verir ki, ölkənin solçu partiyalarının minlərlə tərəfdarı ABŞ prezidenti Barak Obamanın ölkəyə nəzərdə tutulan səfərinə öz narazılıqlarını ifadə ediblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ​Hindistanda ABŞ prezidentinin müqəvvası yandırılıb

Hindistanın paytaxtı Delhidə irimiqyaslı etiraz aksiyası keçirilib.

"Report" xəbər verir ki, ölkənin solçu partiyalarının minlərlə tərəfdarı ABŞ prezidenti Barak Obamanın ölkəyə nəzərdə tutulan səfərinə öz narazılıqlarını ifadə ediblər.

Onlar etiraz əlaməti olaraq ABŞ prezidentinin müqəvvasını yandırıblar.

Obama Delhiyə yanvarın 25-də səfər edəcək. O, Hindistanda yanvarın 27-dək olacaq. Bu müddət ərzində Birləşmiş Ştatlar prezidenti ölkənin baş naziri və iş adamları ilə görüşəcək. O, həmçinin yanvarın 26-da - ölkənin Respublika günü münasibəti ilə keçiriləcək milli paradın fəxri qonağı olacaq.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər