Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İslam İnqilabı Keşikçiləri Korpusu ( Sepahın ) baş komandan əvəzedicisi deyib : Faktiki olaraq raketlərimiz Sionist rejimin bütün obyektlərini hədəfə almaq qabiliyyətindədir və imkanlarımız islam dünyasının ixtiyarındadır.
Müsəlmanları himayə mövqeyimizi dəyişməyəcək deyən general Hüseyn Səlami bu gün səhər çağı İran və Omanın milli müdafiə universiteti müəllimlərinin müştərək konfransında etdiyi çıxışında sionist rejimin mövcudluğunu təhqir edib və deyib: İsrail çox kiçik və zəif bir rejimdir . Bu rejim, yalnız müsəlmanların zəiflədiyi zaman güclənə bilər. Bu , bir həqiqət və təhlükəsizlik balansıdır.
Sepah-ın baş komandan əvəzedicisi əlavə olaraq deyib : İİR öz milli təhlükəsizliyi təhlükə altına düşdüyü həddə qədər böyük meydanlarda müsəlmanları himayə edib və öz mövqeyindən geri çəkilməyibdir.
Bosniya və Herseqovina müsəlmanlarını himayə aydın bir nümunədir . Əlbəttə onunla bağlı bütün reallıqları bəyan etmək olar. Lakin Livanda Hizbullahın yenidən canlanması eləcədə İsrail rejiminin Fələstin və Livan döyüşçüləri qarşısında mütəmadi surətdə məğlubiyyətlə üzləşməsi dediklərimizə digər aydın nümunələr ola bilər.
General Səlami həmçinin ötən günü Sərdar Allahdadinin son mənzilə yolla salınması ilə bağlı keçirilən mərasimə işarə edərək deyib : Dünən Colan yüksəkliklərində şəhid olmuş iranlı bir sərdarın son mənzilə yola salınması mərasiminin keçirilməsinin şahidi olduq. Sionist rejimin hücumunda , bu iranlı sərdar və digər bir neçə livanlı mübarizin qanı bir-birinə qovuşdu. Bu bizim həmrəyliyimizin göstəricisidir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır