Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,
İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyasının sədri deyib: Əgər Avropa ölkələri mənfəət ardıncadırlarsa, daxili birlik və həmrəyliyi gücləndirməlidirlər.
Ayətullah Möhsün Əraki “Höccətiyyə” mədrəsəsində “Cameətül-Mustafa əl-Aləmiyyə” tələbələri qarşısında çıxışı zamanı Fransa siyasətçilərinin rəftarlarının gələcəkdə bu ölkənin yeni bir Suriyaya çevrilməsinə səbəb olacağını deyərək, vurğulayıb: Ədalət və paklığın simvolu olan Həzrət Məhəmməd Mustafaya(s.ə.s) hörmətsizlik edənlər terrorçudurlar.
İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyasının sədri bütün insani dəyərlərin köklərinin İslam Peyğəmbərinə(s.ə.s) uzandığını deyərək, əlavə edib: O həzrətə qarşı çıxmaq, azadlığa qarşı çıxmaqdır. Çünki, yer üzündə azadlığın toxumunu əkənlər elə ilahi peyğəmbərlər olublar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır