17 yanvar 2015 - 02:55
Seneqalda etirazçılar Fransanın bayrağını yandırıblar

Seneqalda “Charlie Hebdo” jurnalında Məhəmməd peyğəmbərin karikaturalarının dərc edilməsinə qarşı aksiyada etirazçılar Fransanın bayrağını yandırıblar.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Seneqalda etirazçılar Fransanın bayrağını yandırıblar

Seneqalda “Charlie Hebdo” jurnalında Məhəmməd peyğəmbərin karikaturalarının dərc edilməsinə qarşı aksiyada etirazçılar Fransanın bayrağını yandırıblar.

APA-nın “Rosbalt”-a istinadən verdiyi xəbərə görə, paytaxt Dakar şəhərinin mərkəzi məscidi yaxınlığında toplaşan etirazçılar Fransa səfirliyinə yürüş ediblər. Nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, yanvarın 16-da Əlcəzairdə “Charlie Hebdo” və Fransa əleyhinə mitinq keçirilib, Nigerdə isə etirazçılar Fransanın mədəniyyət mərkəzinin binasını yandırıblar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər