Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mərziyyə Əfxəm çıxış edib “Biz dünyada terrorizmin istənilən formasını pisləyirik”.
Bu açıqlama ilə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mərziyyə Əfxəm çıxış edib.
O, İranın “Charlie Hebdo” jurnalının bugünkü sayında Məhəmməd peyğəmbəri təhqir edən karikaturanı pislədiyini bildirib:
“Biz fransız mətbuatının bu tip provikasyon addımını pisləyirik və bildiririk ki, bu müsəlmanların heysiyyətinə toxunur. Qərbdə hazırda öz fikirlərini ifadə etməkdən ötrü haqlardan sui-istifadə edilir. Bu yolveriməzdir”.
Qeyd edək ki, “Charlie Hebdo” jurnalının terrordan sonra tirajı 60000-dən 1000000-a qədər qalxıb. Hazırda “eBay”dakı auksionda Məhəmməd peyğəmbərin yeni karikaturası ilə olan jurnalın nömrəsi 640 avroya satılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır