14 yanvar 2015 - 12:53
Rəsmi Tehran Azərbaycan prezidentinin “Heç kim ölkəmizlə ultimatum dilində danışa bilməz” sözünə reaksiya verdi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan Respublikası prezidenti İlham Əliyevin “Heç kim ölkəmizlə ultimatum dilində danışa bilməz” sözünü alqışlayaraq, deyib: Bu o deməkdir ki, Azərbaycan Respublikası hökuməti öz imkanları və potensiallarına uyğun formada regional və beynəlxalq hadisələr və dəyişikliklərdə rol almağa çalışır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rəsmi Tehran Azərbaycan prezidentinin “Heç kim ölkəmizlə ultimatum dilində danışa bilməz” sözünə reaksiya verdi
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan Respublikası prezidenti İlham Əliyevin “Heç kim ölkəmizlə ultimatum dilində danışa bilməz” sözünü alqışlayaraq, deyib: Bu o deməkdir ki, Azərbaycan Respublikası hökuməti öz imkanları və potensiallarına uyğun formada regional və beynəlxalq hadisələr və dəyişikliklərdə rol almağa çalışır.
Xanım Mərziyyə Əfxəm müxbirlərlə həftəlik brifiqində Səhər kanalının müxbirinin sualına cavabda deyib: Bu gün dünyamızda mövcud olan reallıq digər ölkələrə siyasətlərin diktə edilməsi dövrünün artıq başa çatdığından xəbər verir. Və Azərbaycan Respublikası prezidenti elə bu istiqamətdə aydın formada bəyan edib ki, heç bir ölkə bizimlə ultimatum dili ilə danışa bilməz. Bu o deməkdir ki, Azərbaycan Respublikası hökuməti öz imkanları və potensiallarına uyğun formada regional və beynəlxalq hadisələr və dəyişikliklərdə rol almağa çalışır."
İran Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycana müstəqil siyasət yürütməkdə yardım edəcəyini xatırladaraq, deyib: Bu çərçivədə İran ilə Azərbaycan arasındakı yaxın münasibətləri görməməzliyə vurmaq olmaz. Hər bir ölkə öz yerləşdiyi məntəqədə müəyyən çəkiyə malik olmaqla, söz sahibi sayılır. Ölkələr öz milli maraqlarını tam ayıqlıqla izləyirlər. Elə bu istiqamətdə özlərinə etibarlı müttəfiqlər və dost ölkələr seçirlər. Bu baxımdan İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqil siyasət yürütməsini alqışlayır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər