12 yanvar 2015 - 18:34
Fransalı terrorçular bir həftə içində iki Məscidi yandırdılar – Foto

Baş verən terror hadisəsi ölkə rəsmiləri tərəfindən milad tarixi ilə yeni ildə Fransa Müsəlmanlarının dini mərkəzinə qarşı həyata keçirilən ilk terror hadisəsi kimi qeydə alınıb. İki gün öncə isə, Fransanın cənub qərb nahiyyəsindəki Albi şəhərindəki Məscidə tərəf odlu silahdan atəş açılıb. Həmin gecə isə, Fransanın şərqindəki Eks –le- Ben şəhərindəki Məscid bilərəkdən yandırılaraq Məscidin binasına külli miqdarda xəsarət yetirilib. Həmçinin Məscidin divarlarına irqçi və anti-İslam kimi təhqiredici şüarlar da yazılıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Franslı silahlı terrorçular ölkənin mərkəzində yerləşən Puati şəhərindəki inşa halında olan Məscidə od vuraraq yandırıblar. Yanğın söndürənlərin vaxtında etdikləri müdaxiləsi nəticəsində yanğın söndürülüb.

Baş verən terror hadisəsi ölkə rəsmiləri tərəfindən milad tarixi ilə yeni ildə Fransa Müsəlmanlarının dini mərkəzinə qarşı həyata keçirilən ilk terror hadisəsi kimi qeydə alınıb.

Qeyd edək ki, Fransada Çarli Hebdo həftəlik jurnalına qarşı təşkil olunan silahlı hücumlardan sonra Fgransada İslammeyilli dini mərkəzlərə dəfələrlə basqınlar olunduğu qeydə alınsa da lakin bu hallar rəsmi dövlət tərəfindən təsdiqlənmyib (!).

İki gün öncə isə, Fransanın cənub qərb nahiyyəsindəki Albi şəhərindəki Məscidə tərəf odlu silahdan atəş açılıb. Hadisə zamanı kimsənin xəsarət aldığı qeydə alınmayıb.

Həmin gecə isə, Fransanın şərqindəki Eks –le- Ben şəhərindəki Məscid bilərəkdən yandırılaraq Məscidin binasına külli miqdarda xəsarət yetirilib. Həmçinin Məscidin divarlarına irqçi və anti-İslam kimi təhqiredici şüarlar da yazılıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags