6 yanvar 2015 - 02:42
Eboladan ölənlərin sayı 8 mini ötdü

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) növbəti açıqlamasında bildirilir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, "Ebola" virusundan ölənlərin sayı sürətlə atmaqda davam edir. Qərbi Afrikada “Ebola” virusundan ölənlərin sayı 8 153 nəfərə çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) növbəti açıqlamasında bildirilir.

Yanvarın 5-ə olan məlumata görə, daha 20 656 nəfər virusa yoluxub.

Ölüm hallarının əksəriyyəti Qərbi Afrikanın üç ölkəsində - Liberiya, Sierra-Leone və Qvineyada qeydə alınıb. Həmçinin, Nigeriyada 8, Malidə - 7, ABŞ-da isə 1 nəfər Ebolanın qurbanı olub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər