21 dekabr 2014 - 06:28
ABŞ-da polis yeniyetməni öldürdü

yeniyetmənin telefon dirəyinə zərbələr endirdiyini görən polis əməkdaşı ona yaxınlaşıb onu sakitləşdirməyə çalışıb. Buna cavab olaraq yeniyetmə asayiş keşikçisinə maçete ilə hücum edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ-ın Kaliforniya ştatında polis əməkdaşı ona maçete ilə (dəhrə) hücum edən 17 yaşlı yeniyetməyə atəş açaraq öldürüb.

yeniyetmənin telefon dirəyinə zərbələr endirdiyini görən polis əməkdaşı ona yaxınlaşıb onu sakitləşdirməyə çalışıb. Buna cavab olaraq yeniyetmə asayiş keşikçisinə maçete ilə hücum edib.

Məlumata görə, zərbələrdən dirsəyi ilə qorunan polis zabiti xidməti silahdan istifadə etməyə məcbur olub. Polis tapançadan ona hücum edən gəncə atəş açaraq hadisə yerinə yardım çağırıb.

Qol və üz nahiyəsindən xəsarətlər alan polis əməkdaşı xəstəxanaya aparılıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır      

Etiketlər