28 noyabr 2014 - 18:08
Doktor Mövsüm Səmədov sabah Qobustana köçürülür

Qeyd edək ki, bir neçə gün bundan öncə Bakı Apellyasiya Məhkəməsində vicdan məhbusu olan AİP lideri Mövsüm Səmədovun Qobustan həbsxanasına göndərilməsi ilə bağlı verdiyi şikayət təmin edilməyib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsi 12 saylı cəzaçəkmə müəssisəsi rəisinin Mövsüm Səmədovla bağlı təqdimatına əsaslanaraq məhbusun 2 il müddətinə qapalı həbsxana rejiminə (Qobustan həbsxanasına) keçirilməsi qərarını çıxarıb.

AİP sədri barəsində noyabrın 24-də Bakı Apellyasiya Məhkəməsində qapalı rejimə köçürülməsi haqda qərar sabah icra ediləcək.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır