27 noyabr 2014 - 02:32
Almaniyadan İŞİD qərarı: pasportların müddəti uzadıldı

Almaniya hökuməti İŞİD terror qruplaşmasına qatılan 550 vətəndaşından 60-nın həyatını itirməsindən sonra Suriya və İraqa gedənlərə maneə olmaq üçün hərəkətə keçdi.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 

Almaniya hökuməti İŞİD terror qruplaşmasına qatılan 550 vətəndaşından 60-nın həyatını itirməsindən sonra Suriya və İraqa gedənlərə maneə olmaq üçün hərəkətə keçdi.

Almaniya Konstitusiyanın Mühafizəsi Təşkilatı İŞİD tərəfdarı vətəndaşların İraq və Suriyaya getməsinə maneə olmaq üçün şəxsiyyət vəsiqələrin müddətlərini 6 aylıq uzadıb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı yaydığı son hesabatında 80 ölkədən 15 min vətəndaşın İŞİD kimi təşkilatlara qatıldığını bildirib. İŞİD-ə qatılaraq həyatını itirən 60 adamdan 9-nun kamikadze kimi öldüyü bildirilir.

Bu cür qruplara pasport verilmədiyini açıqlayan Konstitusiyanın Mühafizəsi Təşkilatı hesab edir ki, şəxsiyyət vəsiqələrindəki məhdudlaşdırma ilə yeni səyahətlərə maneə mümkün olacaq.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər