24 noyabr 2014 - 12:30
Soyuq mövsümdə xəstəliklərdən necə qorunaq?

Balanslı qidalanma haqqında da unutmaq olmaz. Orqanizm lazımi miqdarda karbohidrogen, zülal və yağ qəbul etməlidir. Aylarla soyuducuda qalmış məhsullardansa yerli istehsal olan qidalara etibar etmək daha faydalıdır. Çipsi, konfet və digər məhsullardan imtina etmək lazımdır. Meyvə və tərəvəzlərdən daha çox istifadə edin. İyli olduğu üçün sarmısaq və soğan kimi tərəvəzlərdən imtina etməyin.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Xəstəliklərin gəzdiyi soyuq mövsümlərdə nə yemək, necə davranmaq lazımdır ki, soyuqlamayaq?

Soyuq mövsümdə xəstəliklərdən qorunmaq üçün bəzi məsləhətləri təqdim edirik:

İmmuniteti möhkəmləndirmək

İlk növbədə, immuniteti möhkəmləndirmək lazımdır. Ən yaxşı üsul isə çimərkən isti-soyuq su kontrastı ilə bədəni bərkitmək və idmandır.

Balanslı qidalanma haqqında da unutmaq olmaz. Orqanizm lazımi miqdarda karbohidrogen, zülal və yağ qəbul etməlidir. Aylarla soyuducuda qalmış məhsullardansa yerli istehsal olan qidalara etibar etmək daha faydalıdır. Çipsi, konfet və digər məhsullardan imtina etmək lazımdır. Meyvə və tərəvəzlərdən daha çox istifadə edin. İyli olduğu üçün sarmısaq və soğan kimi tərəvəzlərdən imtina etməyin.

Viruslardan qorunmaq

Elementar gigiyena qaydalarına əməl etmək gərəkdir. Hər dəfə əlləri yumağı unutmaq olmaz. Bundan başqa, insanların çox olduqları yerlərdə maskalardan istifadə edin. Apteklərdən birdəfəlik istifadə üçün maskalar almaq olar.

Əgər evdə xəstə varsa

Evdə kiminsə soyuqdəyməsi varsa, xəstəliyin sizə yoluxmaması üçün bəzi tədbirlər görməlisiniz. Xəstə olan evdə havanı gündə ən azı 3-4 dəfə təmizləmək lazımdır. Bunun üçün pəncərələri 5-10 dəqiqəlik açıq saxlamaq kifayət edir. Xəstənin yanında maska ilə gəzmək olar. Xəstə ilə eyni qabı qətiyyən istifadə etməyin.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır