Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov noyabrın 23-də İranın Kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbbinin dəvəti ilə Tehrana səfər edib.
səfər çərçivəsində ƏHəsənovun İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi, vitse-prezidentlər İshaq Cihangiri və Seyid Məhəmmədəli Şəhidi ilə görüşləri nəzərdə tutulub.
Görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə ediləcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır