22 noyabr 2014 - 13:26
Yaşlı ər-arvad yaşadıqları evdə qətlə yetirildi

Meyitlərin üzərində zorakılıq əlamətləri müşahidə olunub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Goranboyun Qaradağlı kəndində qətl hadisəsi baş verib.

Goranboy rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.

Kənd sakini 1930-cu il təvəllüdlü Tahir Allahverdi oğlu Məmmədov və onun həyat yoldaşı, 1934-cü il təvəllüdlü Sona Hüseyn qızı Məmmədovanın meyitləri yaşadıqları evdə aşkarlanıb.

Meyitlərin üzərində zorakılıq əlamətləri müşahidə olunub.

Hələlik hadisənin kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır