3 noyabr 2014 - 15:56
Azərbaycanda polis xidmətini atıb qondarma “İŞİD” yaraqlılarına qoşuldu – ŞOK TƏFƏRRÜAT – ÖZƏL

Məlumata görə, ötən il Azərbaycanda fəaliyyəti azad olan sələfi radikal dini birləşmələrə qoşularaq, döyüşmək üçün Suriyaya gedən Bərdə rayon sakini Əliyev Etibar Kərim oğlunun həlak olduğu ilə bağlı ailəsinə məlumat verilib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İŞİD terror təşkilatına qoşulduğu bildirilən Bərdə rayon sakini Suriyada gedən döyüşlərdə həlak olub.

Məlumata görə, ötən il Azərbaycanda fəaliyyəti azad olan sələfi radikal dini birləşmələrə qoşularaq, döyüşmək üçün Suriyaya gedən Bərdə rayon sakini Əliyev Etibar Kərim oğlunun həlak olduğu ilə bağlı ailəsinə məlumat verilib.

Onun həlak olması haqda məlumat yaxınlarına oktyabrın 26-da bəlli olub. Ailəsi E. Əliyevlə bağlı geniş hüzr mərasimi keçirməsə də, yaxın qohumların iştirakı ilə məclis təşkil edilib.

Xəbərdə o da bildirilib ki, qondarma “İŞİD”-in tərkibində Suriya və İraqda yerli Xalq əleyhinə döyüşlərdə iştirak edən Etibar Əliyev bu qruplaşmaya qoşulmamışdan əvvəl Daxili İşlər Nazirliyinin Bərdə rayon Mühafizə Polisinin əməkdaşı olub.

Onun xidmətdən imtina edərək, radikal vəhhabilərə qoşulmasının səbəbi haqda isə heç nə deyilmir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır