Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Hizbullah Hərəkatının siyasi komitə sədri Hüseyn Ramah, ABŞ əsgərlərinin İraq torpaqlarına girdiyi təqdirdə işğalçılara qarşı döyüşəcəkləri xəbərdarlığını edib.
Bağdadda bildiriş verən Hüseyn Ramah bildirib: “İraq Hizbullah Hərəkatı, amerikalı əsgərlərin İraqa gəlməsini tələb edən bəzi qərəzli qüvvələrin məqsədlərinə maneə yaratmaq üçün əl-Ənbar əyalətindən geri çəkilməyəcək”.
Hüseyn Ramah daha sonra yayımladığı bildirişdə deyib: “Amerikalı əsgərlər İraq torpaqlarına girdiyi təqdirdə Qüvvələrimizi ikiyə bölərək, bir qrup “İŞİD” ilə, ikinci qrup da işğalçı amerikalı əsgərlərlə mübarizə aparacaq”.
İraq Hizbullah Hərəkatının siyasi komitə sədri, amerikalı əsgərlərin İraqa girmə məqsədini açıqlayaraq bildirib: “ABŞ-ın İraq torpaqlarına daxil olmaqdan əsas məqsədi Yaxın Şərqdə yaranmış Müqavimət Hərakatının Silahlı Qruplarını mübarizə arenasından kənarlaşdırmaqdır, ancaq Hizbullah olaraq onlara bu fürsəti verməyəcək və onların olduqları bölgələrdə mübarizəni davam etdirəcəyik”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır