14 oktyabr 2014 - 08:32
Suriyalılar Qədir Xum Bayramını Xanım Zeynəbin (s) hərəmində möhtəşəm qeyd ediblər – Foto

Zil Həccə ayının 18-zi, İslam Diniin Kamilləşməsi və Peyğəmbərdən sonra İlahi Hakimiyyətin Rəhbəri Allah Tala tərəfindən təyin eilməsi ilə bütün nemətlərin xəlaiq aləminə tamamlanması günüdür. Bu gün münsibəti ilə Qədir Xum Bayramı gecəsi Xanım Zeynəbin (səlamullahi əleyha) Müqəddəs Hərəmi şadlıq və sevinc nuru ilə münəvvər olub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hicri Qəməri təqvimi ilə, 18 Zil Hiccə ayı, Əmirəl Möminin Əli İbn Əbu Talibin (əleyhi səlam) Allah Təala tərəfindən Hacdan qayıdan insanların kəsişməsi olan Qədir Xum çölündə ,bütün Müsəlman hacılarının gözü önündə Rəhbər təyin edildiyi gündür. Bu münasibət ilə hər il olduğu kimi bu il də dünyanın bir çox ölkələrində Hakimiyyət Bayramı olan Qədir Xum hadisəsi möhtəşəm sürətdə qeyd edilib.

Amma bu arada ən çox diqqəti özünə çəkən ölkə isə Suriyadır. Dəməşqin Zeynəbiyyə məntəqəsi, Allahsız vəhhabi terrorçuarı ilə mübarizənin ən qızğın vaxtlarında belə dini ayinlərin keçirilməsini bir an olsun təxirə salmamışdır. O cümlədən Böyük İslam Bayramı sayılan Qədir Xum hadisəsi isə, xüsusi qeydlə həyata keçirilir.

Belə ki, Zil Həccə ayının 18-zi, İslam Diniin Kamilləşməsi və Peyğəmbərdən sonra İlahi Hakimiyyətin Rəhbəri Allah Tala tərəfindən təyin eilməsi ilə bütün nemətlərin xəlaiq aləminə tamamlanması günüdür. Bu gün münsibəti ilə Qədir Xum Bayramı gecəsi Xanım Zeynəbin (səlamullahi əleyha) Müqəddəs Hərəmi şadlıq və sevinc nuru ilə münəvvər olub.

Suriyanın müxtəlif əyalətlərindən, qonşu ölkələrdən Hakimiyyət Bayramını keçirtmək məqsədi ilə, Xanım Zeynəbin (səlamullahi əleyha) pak hərəminə toplaşan minlərlə zəvvar bu minvanla Əhli Beytə (əleyhimus səlam) olan məhəbbətlərini elan etmişlər.

Qeyd edək ki, Qədir Xum İlahi Hakimiyyət Bayramı münasibəti ilə, həzrəti Zeynəbin (səlamullahi əleyha) hərəmində hörmətli zəvvarlar üçün xüsusi bayram proqramları icra olunmuş, hədiyyələr verilmişdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır