30 sentyabr 2014 - 02:57
100-dən çox yaraqlı məhv edilib

İraqın təhlükəsizlik qüvvələri paytaxt Bağdaddan şimal-şərqdə yerləşən Diyala əyalətində 16 kəndi “İslam dövləti” qruplaşmasından azad edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq qüvvələri 16 yaşayış məntəqəsini "İSID"dən azad edib, 100-dən çox yaraqlı məhv edilib

İraqın təhlükəsizlik qüvvələri paytaxt Bağdaddan şimal-şərqdə yerləşən Diyala əyalətində 16 kəndi “İslam dövləti” qruplaşmasından azad edib.

İraq müdafiə nazirliyinin bəyanatına əsasən 100-dən çox yaraqlı məhv edilib.

“16 yaşayış məntəqəsi azad edilib, 100-dən çox terrorçu öldürülüb, 50-yə yaxın partlayıcı qurğu zərərsizləşdirilib”, sənəddə deyilir.

Evlərini tərk etmək məcburiiyyətində qalan 125 ailənin geri döndüyü bildirilir. Sentyabrın 29-da Iraqın hərbi təyarrələri Əl-Hilla şəhərinə hava zərbələri endiriblər. Nəticədə 5 hərbi düşərgə və 70 yaraqlı məhv edilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər