25 sentyabr 2014 - 04:49
ABŞ Suriya müxalifətinə 40 milyon dollar ayırıb

15 milyon dollar bilavasitə silahlı qruplaşmaların təchizatına yönələcək. Kerrinin sözlərinə görə, hələ ki Bəşər Əsəd hakimiyyətdədir və “İslam dövləti” təhlükə kəsb edir, Vaşinqton üsyançılara dəstək verməkdə davam edəcək.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ Suriyanın mülayim müxalifətinə əlavə olaraq 40 milyon dollar ayırıb

Bunu ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib.

15 milyon dollar bilavasitə silahlı qruplaşmaların təchizatına yönələcək. Kerrinin sözlərinə görə, hələ ki Bəşər Əsəd hakimiyyətdədir və “İslam dövləti” təhlükə kəsb edir, Vaşinqton üsyançılara dəstək verməkdə davam edəcək.

Qeyd edək ki, Kerri BMT-nin mənzil-qərargahında Suriyanın Milli müxalifət və inqilab qüvvələri Koalisiyasının üzvləri ilə görüşüb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər