Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov ABŞ-ın “antiİŞİD” əmıliyyatlarının həqiqətini ifşa edərək bildirib: “Qondarma “İŞİD” adlı terror qruplaşmasının lideri Əbu Bəkir əl-Bağdadi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, general Devid Petreus tərəfindən idarə olunur”.
O, faktla bağlı onun əlində bir sıra məlumatların mövcud olduğuna işarə edərək bildirib: "İraqda, Suriyada və regionun başqa ölkələrində terrorçuluq təhlükəli və kəskin xarakter alır və ABŞ, Avropa Birliyi isə bu şərin yayılmasına imkan yaradır.
Bizdə məlumat var ki, quldurların başçısı Əbu Bəkir əl-Bağdadi ABŞ generalı Devid Petreusə bağılı adamdır”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
“İŞİD”-in əsl sahibini bu dəfə Kadirof açıqladı
Ramzan Kadırov: “Əbu Bəkir əl-Bağdadi ABŞ generalı Devid Petreusun diktəsilə iş görür”
24 sentyabr 2014 - 20:02
Xəbər kodu: 640015
Ramzan Kadırov: "İraqda, Suriyada və regionun başqa ölkələrində terrorçuluq təhlükəli və kəskin xarakter alır və ABŞ, Avropa Birliyi isə bu şərin yayılmasına imkan yaradır.