Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Livan Müqavimət Hərakatının Lideri Seyyid Həsən Nəsrullah, ötən gün televiziya kanalında yayımlanan çıxışında ABŞ-ın aldadıcı siyasətlərinə toxunaraq Amerika Birləşmiş Ştatlarının Suriyada hərbi əməliyyatlar keçirməsini pisləyib.
Hizbullah Müqavimət Hərakatının Baş Katibi Amerikanın yaratdığı koalisiyaya qarşı olduğunu qeyd edərək bildirib: “Hər kəs bizim, bölgə xalqlarını təhdid edən və onlara qarşı müxtəlif cinayət və terror aktlarını həyata keçirdən “İŞİD” və digər təkfirçi təşkilatlara qarşı olduğumuzu gözəl bilir ancaq biz, prinsipial olaraq Suriyada istər mövcud hakimiyyətə qarşı istərsə də təkfirçi təşkilatlara qarşı xarici müdaxilənin əleyhinəyik”.
Höccətül İslam vəl Müslimin Seyyid Həsən Nəsrullah daha sonra, "Bu günki dünyamızda terrorizmin əsas mənbəyi və mənşəsi ABŞ-dır. ABŞ, sionist terrorçu rejiminin də ən böyük dəstəkçisidir" deyərək, "Bu səbəbdən də ABŞ-ın terrorizimə qarşı yaranmış bir koalisiyaya liderlik etməsi əxlaqdan kənardır. Biz də belə bir koalisiyada yer almaq fikrində deyilik"- deyə bildirib.
Hizbulla Lideri, qeyd olunan qanunsuz koalisiyada iştirak edən və terrorçu qruplara silah və təlimlər keçən ölkələrin də bundan imtina etmələrini istəyərək, Livan- Suriya sərhədindəki Arsal qəsəbəsində “Nusra Cəbhəsi” yaraqlıları tərəfindən girov tutulan livanlı əsgərlərin vəziyyəti ilə bağlı hökumətdən dəstək istəyib.
"Pənahəndələri biz qoruyuruq"
Təkfirçilərin əllərindən qaçaraq Livandakı suriyalı pənahəndələr haqqda danışan Seyyid Həsən Nəsrullah bildirib: "Terroristlərin törətdiyi cinayətlər ucbatından Livana pənahəndə olmuş günahsız Suriyalı qaçqınlar üçün əlimizdən gələn hər cür səyi göstəririk, qaçqınları biz qoruyuruq kimsə yox”.
Seyyid Həsən Nəsrullah daha sonra, Müqavimət Hərəkatlarının Qəzzədə nümayiş etdirdiyi müqavimətini və qeyrileqal israil rejimilə anlaşılan atəşkəsi "sionist rejimin açıq və gizli bütün planlarını boşa çıxaran bir qələbə" şəklində xarakterizə edərək, Fələstin xalqını təbrik edib.
Yəməndə Husi Ənsarullah Şiə Hərəkətiylə hökumət arasında razılaşmanın bərqərar olmasına da toxunan Baş Katib Seyyid Həsən Nəsrullah bildirib: “Yəməndə problemlərin həllinə yönəlmiş böyük bir fürsət kəsb edən razılaşmadan ötəri təbriklərimizi təqdim edirik. Biz, bir xalqın siyasi həllə qovuşduğu zaman sevinirik”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır