Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, “Putin Xerson əyalətinə hücum üçün qoşun yığır”
“Putin Xerson vilayətini işğal edəcək”.
Bu açıqlama ilə Ukrayna prezidentinin məsləhətçisi Sergey Kuniçın çıxış edib. O, Krımda yarım aylıq suyun qaldığını, Putinin isə Xersondakı su anbarını ələ keçirmək istədiyini bildirib:
“Mən sizə Krımın keçmiş baş naziri kimi deyə bilərəm ki, Krımda yarım aylıq içməli su qalıb. Ukrayna isə Dneprdən su vermək istəmir. Hazırda beş min nəfərlik desant dəstə Perekop və Armyanskda toplanıb. Üstəlik, yüzlərlə tank, onlarla təyyarə, vertolyot və 6 desant gəmisi Ukraynaya yaxın sərhədə yığılıb. Bu bizim üçün real təhlükədir”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır