19 sentyabr 2014 - 11:56
İŞİD zülmü daha 3000 kürdü köçməyə vadar etdi

İŞİD təkfirçi terrorçuları Suriyada da aktivləşdiİŞİD təkfirçi terrorçuları Kobaninin 21 kəndini işğal edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İŞİD təkfirçi terrorçuları Suriyada da aktivləşdiİŞİD təkfirçi terrorçuları Kobaninin 21 kəndini işğal edib.

Evlərini tərk etmək məcburiyyətində qalan 3000 İraq kürdü Türkiyə ilə sərhəddə toplaşıblar. Sərhəddə zirehli texnika yerləşdirən Türkiyə ordusu hələlik kürdlərin keçidinə icazə verməyib.

PYD ilə döyüşlərdə ən az 100 İŞİD terrorçusunun öldürüldüyü bildirilib. Bununla belə, Kobaniyə yetərli dəstək gəlməsə, tamamilə işğal ediləcəyi bildirilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdıra

Etiketlər