19 sentyabr 2014 - 02:31
Əhməd Davudoğlu Azərbaycana rəsmi səfərə gəlib

Türkiyənin baş naziri Əhməd Davudoğlu yerli vaxtla saat 22.00-da (Bakı vaxtı ilə sentyabrın 19-u saat 00.00) özəl təyyarə ilə Bakıya yola düşüb. Musavat.com xəbər verir ki, məlumatı "Anadolu" agentliyi yayıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əhməd Davudoğlu Azərbaycana rəsmi səfərə gəlib

Türkiyənin baş naziri Əhməd Davudoğlu yerli vaxtla saat 22.00-da (Bakı vaxtı ilə sentyabrın 19-u saat 00.00) özəl təyyarə ilə Bakıya yola düşüb. Musavat.com xəbər verir ki, məlumatı "Anadolu" agentliyi yayıb.

Baş naziri Esenboğa hava limanından baş nazirin müavinləri Bülənd Arınç və Yalçın Akdoğan, elə də, təhsil naziri Nabi Avcı yola salıb.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycana gəlib. Musavat.com-un məlumatına görə, onu Heydər Əliyev Beynəlxalq Hava limanında baş nazirin müavini Abid Şərifov qarşılayıb.

İki ölkənin himni səsləndirildikdən sonra Əhməd Davudoğlu nümayəndə heyətini təqdim edib.

Əhməf Davufoğlunu səfərdə həyat toldaşı Sare Davudoğlu, baş nazirin müavini Yalçın Akdoğan, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, təhsil naziri Nabi Avcı və başqaları müşayiət edir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər