Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İranın xarici işlər naziri Amerikanın "NPR" Milli radiosuna verdiyi açıqlamasında Tehranın nüvə proqramı ilə bağlı dialoqlar barədə öz fikrini izah edib
Məhəmmədcavad Zərif bəyan edib: Bizcə razılaşmaya nail olmaq yolları mövcuddur, lakin yeganə problem dialoqların ilk növbədə Amerika və Avropa məkanında bəzi daxili dairələri sevindirməli olmasıdır.
Zərif xatırladıb: "Amerikanlar razılaşma ilə maraqlanmırlar, halbuki əgər hər bir istənilən razılaşmanın əldə olunmasını heç bir razılaşmanın əldə olunmaması ilə müqayisə etsəniz anlaşmanın əldə olunması optimaldır.
Zərif əlavə olaraq deyib: Əgər Amerika tətbiq edilən sanksiyaların səmərəli olmasına inanırsa onda sanksiyaların genişləndirilməsinə israrlı olan tərəflərdən soruşmaq lazımdır ki, embarqoların səmərə və qazancı olubmu? Yaxud sanksiyaların onların nəzərdə tutduğu hədəflərinə kömək edibmi?
"Amerikalılar hesab edirlər ki, hər hansı bir sahədə İranla razılaşmaya nail olmaq pisdir, ona görə də onun əldə olunmasına maneçilik törədirlər."- deyə zərif sözlərinə əlavə edib.
Zərif vurğulayıb: Tehranın nüvə proqramı hərbi hədəflərə xidmət istiqamətində olan bir proqram kimi dəyərləndirilməməlidir, əksinə bu proqram dinc məqsədlidir və İran bu proqramdan vaz keçməyəcək
Müsahibəsinin sonunda İran xalqının Amerika ictimaiyyətinə olan münasibətini də izah edərək xatırladıb: ABŞ İrana qarşı embarqoları davam etdirir, halbuki ötən noyabr ayında Cenevrədə əldə olunan razılaşmaya yəni müştərək fəaliyyət proqramına uyğun olaraq Tehrana qarşı yeni embarqolar tətbiq etməməyi öhdəlik götürüb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır