Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Buşehr nüvə elektrik stansyasında işləyən, ABŞ və İngiltət kəşfiyyat orqanları ilə əməkdaşlıqda ittiham olunan casus yaxalanıb. Bununla bağlı İran Parlamenti Təhlükəsilzik Şurasının üzvü ərdəbilli deputat Mənsur Həqiqətpur açıqlama verib.
O, bildirib ki, adıçəkilən şəxs Rus şirkətinin işçisi olsa da ABŞ və İngiltərə üçün casusluq idirmiş. Məqsəd isə Rusiya ilə İran arasında əlaqələrin korlanması və iki ölkə arasında yaxın gələcəkdə 2-ci və 3-cü stansiyasının tikilişi ilə bağlı əngəllər yaratmaq olub. Millət vəkilinin sözlərinə görə, xarici kəşfiyyat orqanları yaxalanan şəxsə tapşırıblarmış ki, bir sıra casusluq işləri həyata keçirdikdən sonra özünü ifşa etsin və özünü Rusiya kəşfiyyatının əməkdaşı kimi təqdim etsin. Amma onlar buna nail ola bilməyiblər. Çünki, nüvə stansiyasını tikən Rusiya üçün öz tikdiyi obyektdə casusluq etməsinin mənası yoxdur, deyə Mənsur Həqiqətpur bildirib.
Saxlanılan şəxsin adı barədə açıqlama verilməyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır