7 sentyabr 2014 - 07:59
Suriya ordusu İŞİD-ın nəzarətindəki Rəqqanı bombaladı

Suriya ordusu İŞİD-ın nəzarətində olan əraziləri bombalayıb

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya ordusu İŞİD-ın nəzarətindəki Rəqqa bölgəsində bir neçə binanı bombalayıb

Ordu rəsmiləri bombalanan yerlərin silah depoları olduğunu açıqlayıb.

Hücum zamanı 30-a yaxın terrorçunun öldüyü önə çəkilir.

İŞİD saytları isə hədəfdə mülkü vətəndaşların öldüyünü açıqlayıblar.

Xatırladaq ki, SANA 6 sentyabrda Quneytrə bölgəsində "Nusra"nın minamyot atan tağımını hədəfə alması nəticəsində 20-dən çox terrorçunun öldüyünü də yayıb. Məlumata görə, əməliyyatlar Hələb, Homs, Dəra, Dəməş və İdlibdə də keçirilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags